“Ən çox təhlükə törədənlər stomatoloji, kosmetoloji salonlardır”

en-cox-tehluke-toredenler-stomatoloji-kosmetoloji-salonlardir
Oxunma sayı: 1821

“Əlbəttə hər hökumətin, dövlətin idarə olunmasında normativ sənədlər mövcuddur. Lakin bu normativ aktlar bu günün tələbi ilə nə qədər uyğunlaşır?”

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentdə “Tibbi tullantıların idarə olunması” mövzusunda keçirilən ictimai dinləmədə bildirib.

“Xüsusən kimyəvi qatqılardan nə qədər qorunacağımıza dair təcrübələrimiz kifayət qədər deyil. Tibb personalının çoxunun maariflənməsinə ehtiyac var. Çeşidlənmə aparılmır, ümumi məişət tullantıları ilə birgə atılır. Regionlarda utilizasiya poliqonları haradadır, necə utilizasiya olunur? Özəl xəstəxanalarla dövlət xəstəxanaları arasında fərq qoyulmamalıdır.

Ən çox təhlükə törədənlər stomatoloji, kosmetoloji salonlardır. Bunlar da nəzarətdə saxlanılmalıdır. Hepatitin yayılmasının da böyük mənbəyi kosmetoloji və stomatoloji mərkəzlərdir. Hesab edirəm ki, onların tullantıları yeni normativ bazaya daxil edilməlidir”.

Zaur Mirzə