“Ər-arvad kimi yaşamırıq, amma...”

er-arvad-kimi-yasamiriq-amma
Oxunma sayı: 7369

Bu gün aşıq Samirə 34 yaşını qeyd edir.

“Qafqazinfo”ya açıqlama verən aşıq yeni yaşını ailəsi ilə birgə keçirəcəyini bildirib:“35 yaşımı təmtəraqla qeyd edəcəm. Bu il yeni yaşımı ailəmlə, uşaqlarımla keçirmək istəyirəm. Bu gün məni yada salan, təbrik edən hər kəsə təşəkkür edirəm. Sevildiyimi görmək xoşdur”.

Samirə keçmiş həyat yoldaşı Rizvan Məmmədovun aşığı sosial şəbəkədə təbrik etməsinə münasibət bildirib:
“Biz ayrılmışıq, ər-arvad kimi yaşamırıq. Amma dostuq. Məni gecə ilk təbrik edənlərdəndir. Uşağımın atasıdır. Çox yaxşı münasibətimiz var. Keçmiş qayınanam da məni təbrik etdi. Ayrılmışıqsa, düşmən olmalı deyilik”.