Ərdoğan Bəxtiyar Ersayın rütbəsini artırdı

erdogan-bextiyar-ersayin-rutbesini-artirdi
Oxunma sayı: 8340

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun müşaviri vəzifəsini icra edən Bəxtiyar Ersayın Türkiyə ordusunda rütbəsi artırılıb.

“Qafqazinfo”  xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Əvvəl Türkiyə ordusunda general-polkovnik rütbəsini daşıyan Bəxtiyar Ersaya Prezident Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə ordu generalı hərbi rütbəsi verilib.

Qeyd edək ki, Ersay Türkiyə Quru Qoşunlarının əməliyyat üzrə rəisi vəzifəsində çalışıb.

O, 2022-ci ildən Azərbaycan müdafiə nazirinin müşaviri vəzifəsində çalışır.