Ərdoğan Putinə zəng etdi

erdogan-putine-zeng-etdi
Oxunma sayı: 3792

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə zəng edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Bildirilir ki, Ərdoğan “Crocus City Hall”da törədilmiş terror aktı ilə bağlı Rusiyanın dövlət başçısına başsağlığı verib. O qeyd edib ki, bu terror aktı regiondakı böhranların tezliklə həllinin zəruriliyini göstərir.