Türkiyə və İran Prezidentləri Rəcəb Tayyib Ərdoğanla İbrahim Rəisi arasında telefon danışığı baş tutub.
“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, iki ölkə lideri söhbət zamanı Türkiyə ilə İran arasında münasibətlər, eləcə də regional və beynəlxalq məsələləri müzakirə edib.
Bununla yanaşı, Ərdoğan və Rəisi qarşılıqlı olaraq bir-birilərini Ramazan bayramı münasibətilə təbrik ediblər.