Ərdoğan Türkmənistana getdi

erdogan-turkmenistana-getdi
Oxunma sayı: 332

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Beynəlxalq Sülh və Təhlükəsizlik Forumu”nda iştirak etmək üçün Türkmənistana yola düşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Prezident administrasiyası məlumat yayıb.

Bildirilib ki, Türkiyə liderini Esenboğa Hava Limanında ölkənin vitse-prezidenti Cevdet Yılmaz, Ankara valisi Vasip Şahin və digər rəsmilər yola salıblar.

Qeyd edək ki, Ərdoğanla yanaşı, onun həyat yoldaşı Əminə Ərdoğan, xarici işlər naziri Hakan Fidan və digər dövlət rəsmiləri Türkmənistana gediblər.