Ərdoğanı Amerikada coşqu ilə qarşıladılar - Fotolar

erdogani-amerikada-cosqu-ile-qarsiladilar
Oxunma sayı: 5726

Türkiyə prezidentı Rəcəb Tayyib Ərdoğan nüvə təhlükəsizliyi sammitinə qatılmaq üçün ABŞ-a səfər edib.

“Qafqazinfo” Anadolu Agentliyinə istinadən xəbər verir ki, Vaşinqiton səfərində Ərdoğanı xarici işlər naziri Mövlud Çavuşoğlu, Türkiyənin bu ölkədəki səfiri və ABŞ-da yaşayan türklər qarşılayıb. Agentlik yazır ki, otelə gedən zaman burada yaşayan türklər “Güvenilir lider hoş geldin”, “Milletin adamı” və diğər şüarlar yazılmış plakatlar qaldırıblar.

Jurnalistlərə açıqlamasında Ərdoğan səfər çərçivəsində bir sıra tədbirlərlə yanaşı Türk-Amerikan Kültür və Mədeniyet Mərkəzinin açılışını edəcəyini də bildirib.