Ərdoğanla Mask arasında maraqlı dialoq - Video

erdoganla-mask-arasinda-maraqli-dialoq
Oxunma sayı: 4053

Xəbər verdiyimiz kimi, Nyu-Yorkda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı milyarder İlon Maskla görüşüb. Mask görüşə oğlu X ilə gəlib.

“Qafqazinfo”nun Türkiyə mediasına istinadən məlumatına görə, görüş zamanı Ərdoğanla Mask arasında maraqlı dialoq yaşanıb.

Belə ki, Ərdoğan milyarderə “Həyat yoldaşın haradadır?” deyə sual ünvanlayıb.

Mask isə cavabında “O hazırda San Fransiskodadır. Biz ayrılmışıq və buna görə də oğluma mən baxıram” deyib.

Dialoqun görüntüləri sosial mediada maraqla qarşılanıb.

Xatırladaq ki, 3 yaşlı X İlon Mask və kanadalı müğənni Qraymsın övladıdır. Cütlük 2018-ci ildə münasibətə başlayıb və 2 ildən sonra X dünyaya gəlib. Mask və Qrayms 2021-ci ildə ayrıldıqlarını elan ediblər.