İlon Mask Ərdoğanla görüşə oğlu ilə gəldi - Video

ilon-mask-erdoganla-goruse-oglu-ile-geldi
Oxunma sayı: 8086

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı milyarder İlon Maskla görüşüb.

“Qafqazinfo” “NTV”yə istinadən xəbər verir ki, görüş Nyu-Yorkda fəaliyyət göstərən “Türk Evi”ndə baş tutub.

Məlumata görə, görüş zamanı Ərdoğan İlon Maska “Tesla” şirkətinin 7-ci zavodunu Türkiyədə yaratması üçün çağırış edib.

Bununla yanaşı, Türkiyə lideri Maskı İzmir şəhərində keçiriləcək “Teknofest”ə də dəvət edib.

Görüş mətbuata qapalı keçirilib.

Milyarder Ərdoğanla görüşə oğlu ilə birlikdə gəlib. Türkiyə Prezidenti Maska “Daha ədalətli dünya mümkündür” və “BMT islahatı: beynəlxalq əməkdaşlığa yeni yanaşma” kitablarını, oğluna isə futbol topu hədiyyə edib.