Erkan Özerman vəfat etdi

erkan-ozerman-vefat-etdi
Oxunma sayı: 3918

Məşhur menecer və “Best Model of Türkiye”nin yaradıcısı Erkan Özerman dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sputnik Türkiyə” məlumat yayıb.

Bildirilib ki, menecer 86 yaşında müalicə aldığı xəstəxanada vəfat edib.

Qeyd edək ki, Özerman bir müddətdir, xərçəng xəstəliyindən əziyyət çəkirdi.