Erməni hərbçilər növbəti dəfə qəzaya düşdü

ermeni-herbciler-novbeti-defe-qezaya-dusdu
Oxunma sayı: 2150

Ermənistanda içərisində hərbçilərin olduğu “KamAZ” markalı avtomobil qəzaya uğrayıb.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, hadisə Gegarkunik vilayətində baş verib. 

İlkin məlumata görə, qəza nəticəsində 2 hərbçi xəsarət alıb. 

Xatırladaq ki, aprelin 12-də Ermənistan Silahlı Qüvvələrinin hərbçilərini daşıyan “Ural” markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb. Mehridə baş verən qəza zamanı 4 nəfər ölüb, 20 nəfər isə yaralanıb.