Erməni jurnalistlər Bakıya gəlir

ermeni-jurnalistler-bakiya-gelir
Oxunma sayı: 2493

Noyabrın 17-də Rusiya tərəfinin təşəbbüsü ilə Azərbaycana 5-6 nəfərlik erməni jurnalist qrupu gələcək.

"Qafqazinfo" xəbər verir ki, “Yeni nəsil” jurnalistlər birliyinin sədri Arif Əliyev məlumatı təsdiqləyib.

Eyni zamanda noyabrın 18-19-da Azərbaycan jurnalistlərinin bir qrupunun Ermənistana səfəri planlaşdırılır.

Xatırladaq ki, bundan əvvəl Rusiya Xarici işlər naziri Sergey Lavrov Moskvada ATƏT-in Baş katibi Tomas Hermingerlə keçirdiyi brifinqdə Qarabağ münaqişəsi tərəflərinin “vəziyyəti bir az yumşaltmaq və etimad atmosferinin yaradılmasını dəstəkləmək üçün” jurnalistlərin qarşılıqlı səfərləri barədə razılıq əldə etdiklərini açıqlamışdı.