Erməni nazir kafedə jurnalisti döydü - Video

ermeni-nazir-kafede-jurnalisti-doydu
Oxunma sayı: 2416

Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Akop Arşakyan kafedə jurnalist Paylak Fahradyana hücum edib.

“Qafqazinfo” news.am-a istinadən xəbər verir ki, hücumla bağlı görüntüləri “Mediaport” teleqram kanalı yayıb.

Videomaterialda jurnalistin kompüter qarşısında oturub işlədiyi görülür. Bu zaman Arşakyan ona yaxınlaşır, əlini qaldıraraq jurnalistin üzünə yumruq vurur, daha sonra kompüterə zərbə endirir.

Ermənistanın Baş prokurorluğu iş üzrə materialların hazırlanması üçün Xüsusi İstintaq Xidmətinə hücumla bağlı məlumat göndərib.

Fahradyan hadisə barədə özünün feysbuk səhifəsində yazıb:

“İnsident Yerevandakı kafelərin birində baş verib. Mən nazirin iş vaxtını kafedə keçirdiyini görəndə ona yaxınlaşdım və iş vaxtı nə üçün kafedə olduğunu soruşdum. Arşakyan cavabında dedi ki, o, gecələr işləyir və ümumiyyətlə onun üçün iş saatı yoxdur. Bundan sonra o, kameranı söndürməyimi istədi. Kameranı söndürdükdən sonra nazir dedi ki, bu günü çox xatırlayacam. O, məni təhdid etməyə başladı. Cavabında bildirdim ki, nazir olması o demək deyil ki, mənimlə istədiyi tonda danışa bilər. Daha sonra kompüterimlə işləmək üçün yuxarı mərtəbəyə qalxdım. Arşakyan da arxamca qalxıb mənə hücum çəkdi. Əlim zədələnib, kompüterimə zərbə vurduğundan işləmir. Masanın üstündəki telefonum da xarab olub”.