Ermənilər Bərdəni yenidən raketlə vurdu - Yenilənib

ermeniler-berdeni-yeniden-raketle-vurdu
Oxunma sayı: 15133

Ermənistan Silahlı Qüvvələri Bərdəyə növbəti dəfə raket zərbəsi endirib. 

"Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev məlumat yayıb: 

"Ermənistan Tərtərə raket hücumlarından sonra Bərdəni atəşə tutub. Ötən gün klaster silahları ilə Bərdədə mülki şəxslərin ölümündən heç bir dərs çıxarılmadı. Ermənistan hərbi işğala və müharibə cinayətinə son qoymalıdır".

***

H. Hacıyev daha sonra qeyd edib:

“Ermənistan Bərdəyə qarşı yenidən “Smerç” raketlərindən istifadə etdi. Vətəndaşlar arasında itki olduğu bildirilir. Ermənistanın bu cür müharibə cinayətləri acınacaqlıdır”.

***

Baş Prokurorluğun yaydığı məlumata görə,  Bərdədə14 nəfər həlak olub, 40-dan artıq şəxs isə yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.