Ermənilərin “aclıq” iddiaları fotolarla susduruldu - Video + Foto

ermenilerin-acliq-iddialari-fotolarla-susduruldu
Oxunma sayı: 29530

“Deyirsiz, Xankəndidə insanlar acdır, əslində orada hamı xoşbəxtdir”. 

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev BMT Təhlükəsizlik Şurasının Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyətə həsr olunan iclası zamanı deyib.

Y. Əliyev ermənilərin “aclıq” iddialarına fotolarla cavab verib:

“Mənim BMT-nin Ali Məclisinə təqdim etmək istədiyim başqa bir məsələ də var. Sosial şəbəkələr yerli ermənilərin müxtəlif yubileyləri, toyları, ad günlərini və digər xoş hadisələri qeyd edən müxtəlif videolarla doludur”.

Sözügedən çıxışı təqdim edirik:

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının iclasında Ermənistan XİN rəhbəri Ararat Mirzoyan, - "Aclıq görünməz soyqırım silahıdır və tədbirlər görülməsə, Qarabağdakı ermənilər məhv ediləcək", - deyə bildirmişdi.