“Azərbaycanın 4 erməniəsilli şəxsi Ermənistana təhvil verməsi və Ermənistanda ömürlük həbs cəzasına məhkum edilmiş 2 muzdlunun Suriyaya təhvil verilməsi bir-biri ilə əlaqəli deyil”.
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan bəyan edib.
“Bu iki hadisənin bir-birinə aidiyyəti yoxdur. Biz, həmçinin Suriya ilə münasibətlərin inkişafı istiqamətində çalışırıq. O cümlədən ümid edirik ki, bu dostcasına qərar Suriyaya münasibətdə həmin ölkədəki erməni icması üçün əlverişli şərait yaradacaq”, - Paşinyan hökumətin iclasından sonra keçirilən brifinqdə bildirib.
Xatırladaq ki, ötən gün Azərbaycan humanizm prinsiplərini rəhbər daha 4 erməniəsilli şəxsi – Vaqif Xaçatryan, Gevorq Sujyan, David Davtyan və Vigen Eulcekçyanı Ermənistana təhvil verib.
Son xəbərlər
Son Xəbərlər