“Sülh sazişinin imzalanmasına Ukrayna mane olur”

sulh-sazisinin-imzalanmasina-ukrayna-mane-olur
Oxunma sayı: 873

“Potensial sülh sazişinin imzalanmasına Rusiya yox, Ukrayna mane olur”.

“Qafqazinfo” xəbər verir ki, bu fikri ABŞ Prezidenti Donald Tramp “Reuters”ə müsahibəsində bildirib.

ABŞ lideri Rusiya Prezidenti Vladimir Putinin müharibəni başa çatdıra biləcəyini, lakin Ukraynanın sövdələşməyə daha az hazır olduğunu deyib.

Vaşinqtonun rəhbərliyi altında aparılan danışıqların niyə hələ də bu münaqişəni başa çatdıra bilmədiyi barədə suala Tramp qısa cavab verib: “Zelenski”.

Ukrayna liderinin danışıqları uzatması barədə sualı cavablandırarkən Tramp təfərrüata varmayıb.

“Sadəcə düşünürəm ki, onun üçün öz istədiyinə nail olmaq çətindir. Biz Prezident Zelenskini bunu (sülh sazişini - red.) dəstəkləməyə inandırmalıyıq”, - o əlavə edib.