Rusiya Böyük Britaniya diplomatını casusluqda ittiham edərək ölkədən çıxarır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “The Telegraph” qəzeti yayıb.
Rusiya Xarici İşlər Nazirliyi diplomatın kimliyini açıqlamasa da, onun 2 həftə ərzində Rusiyanı tərk etməli olduğu bildirilib.
Rəsmilər həmin şəxsi Britaniyanın Moskvadakı Səfirliyində gizli şəkildə işləyən kəşfiyyat agenti olmaqda ittiham ediblər.
Son xəbərlər
Son Xəbərlər