Ermənilərin silah anbarı kimi istifadə etdikləri mülki obyekt aşkarlanıb - Foto

ermenilerin-silah-anbari-kimi-istifade-etdikleri-mulki-obyekt-askarlanib
Oxunma sayı: 2236

Qarabağ bölgəsinin Ortakənd yaşayış məntəqəsində yerləşən və vaxtilə ermənilər tərəfindən silah-sursat anbarı kimi istifadə olunmuş mülki təyinatlı obyekt aşkar edilib. 

“Qafqazinfo” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, obyektə baxış keçirilən zaman içərisində xeyli sayda müxtəlif növ mina, kustar üsulla hazırlanmış əldəqayırma partlayıcı qurğu və çoxlu sayda digər döyüş sursatları aşkar edilib.

Həmin mina və əldəqayırma partlayıcı qurğular Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən müsadirə edilib.