Ermənistan Aİ-yə üzvlüklə bağlı planlarını genişləndirir

ermenistan-ai-ye-uzvlukle-bagli-planlarini-genislendirir
Oxunma sayı: 1104

Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatları ölkənin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı qapalı görüşə çağırıblar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzeti yazıb.

Məlumata görə, görüş zamanı ölkənin Avropa İttifaqına (Aİ) üzvlüyə müraciət etməklə bağlı planları müzakirə ediləcək: “Heç kəsə sirr deyil ki, Armen Qriqoryan bu hökumətin ən Qərbyönümlü nümayəndələrindən biridir. Eyni zamanda, deputatlar yaxın zamanlarda xarici işlər naziri Ararat Mirzoyanı da parlamentə dəvət etməyə hazırlaşırlar”.

Qeyd edək ki, bundan əvvəl, “Hraparak” qəzeti öz mənbələrinə istinadən ölkənin Baş naziri Nikol Paşinyanın hakim partiyanın deputatlarına göstəriş verdiyini yazıb. Sözügedən göstərişə əsasən, deputatlar Ermənistanın Aİ-yə üzvlüyünə namizəd statusunun verilməsi ilə bağlı müraciət etməlidirlər. Bildirilib ki, Paşinyan bu məsələni 2024-cü ilin payızından gec olmayaraq həll etməyi tapşırıb.