Ermənistan AİB-nin təcili iclasını çağırıb

ermenistan-aib-nin-tecili-iclasini-cagirib
Oxunma sayı: 2418

Ermənistan Avrasiya İqtisadi Birliyi (AİB) çərçivəsində təcili iclas çağırıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan açıqlayıb.

Onun sözlərinə görə, buna səbəb Rusiya tərəfindən “Yuxarı Lars” keçid məntəqəsi vasitəsilə Ermənistandan göndərilən bəzi yüklərin ölkəyə buraxılmamasını müzakirə etməkdir. 

Qeyd edək ki, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) məlumatına görə, 2023-cü ildə Ermənistandan ölkəyə göndərilən gül və meyvə-tərəvəz məhsullarında zərərli orqanizmlərin olması ilə bağlı 72 fakt aşkarlayıb. “Rosselxoznadzor” Ermənistana rəsmi məktub göndərərək Rusiyaya zərərli orqanizmlərlə yoluxmuş məhsulların göndərilməsinin qarşısının alınması ilə bağlı zəruri tədbirlər görməyi tələb edib.