Ermənistan COP17-nin ev sahibi seçildi

ermenistan-cop17-nin-ev-sahibi-secildi
Oxunma sayı: 20384

Ermənistan 2026-cı ildə BMT-nin Biomüxtəliflik Konvensiyası Tərəflərinin 17-ci konfransına ev sahibliyi edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ermənistanın ətraf mühit naziri Akop Simidyan öz sosial şəbəkə hesablarında paylaşıb. 

Bildirilib ki, Kolumbiyada keçirilən COP16 iqlim konfransının iştirakçı ölkələri Ermənistanı sözügedən tədbir üçün ev sahibi seçib. 

Qeyd edək ki, COP16 oktyabrın 21-dən noyabrın 1-nə qədər Kolumbiyanın Kali şəhərində baş tutub.