Ermənistan DİN ölkədəki Qarabağ ermənilərini silahları təhvil verməyə çağırıb

ermenistan-din-olkedeki-qarabag-ermenilerini-silahlari-tehvil-vermeye-cagirib
Oxunma sayı: 1761

Ermənistanın Daxili İşlər Nazirliyi Qarabağı könüllü tərk edərək ölkəyə gələn erməni sakinləri sahib olduqları qanunsuz silah-sursatı təhvil verməyə çağırıb.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı nazirlik yayıb. 

Məlumatda qeyd olunur ki, silahlarını təhvil verən şəxslər məsuliyyətə cəlb olunmayacaq. 

Qeyd edək ki, bir neçə gün əvvəl Ermənistan DİN-in rəhbəri Vaqe Kazaryan parlamentdə çıxışı zamanı bildirib ki, Qarabağdan Ermənistana müəyyən miqdarda silah-sursat gətirildiyi barədə məlumat var. O bildirib ki, özü ilə silah gətirən bəzi şəxslər artıq könüllü olaraq onları təhvil verib.