Ermənistan hərbçiləri itkin düşdü

ermenistan-herbcileri-itkin-dusdu
Oxunma sayı: 2446

Ermənistan ordusunun iki hərbçisi itkin düşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir. Bildirilir ki, iyulun 14-də dumanlı hava şəraitində avtomobillə xidmət işləri aparan Artur Nalbandyan və Aramais Torozyanla (sürücü) əlaqə kəsilib.

Axtarışlara başlanılsa da, hələ heç bir nəticə verməyib.