Ermənistan KTMT-ni təlimlərdən imtina etməklə bağlı məlumatlandırmayıb

ermenistan-ktmt-ni-telimlerden-imtina-etmekle-bagli-melumatlandirmayib
Oxunma sayı: 1530

KTMT Katibliyinə “Sarsılmaz Qardaşlıq-2023” təlimlərinin Ermənistanda keçirilməsinin ləğvi ilə bağlı İrəvandan rəsmi müraciət daxil olmayıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov açıqlayıb.

Onun sözlərinə görə, həmin təlimlərin bu il Ermənistanda keçirilməsinin zəruriliyini daha əvvəl İrəvan təsdiq edib.

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan yanvarın 10-u keçirdiyi mətbuat konfransında bildirib ki, ölkəsi bu il KTMT təlimlərinə ev sahibliyi etməkdən imtina edib. Paşinyan qeyd edib ki, Ermənistan bu il ölkədə KTMT-nin təlimlərinin keçirilməsini məqsədəuyğun hesab etmir.