“Ermənistan KTMT-ni tərk etməyə hazırlaşmır”

ermenistan-ktmt-ni-terk-etmeye-hazirlasmir
Oxunma sayı: 1490

“Ermənistan son zamanlar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclaslarında iştirak etməsə də, təşkilatı tərk etməyə hazırlaşmır”.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib. 

“Bu məsələdə ilk növbədə Ermənistan rəhbərliyinin rəsmi bəyanatlarına diqqət yetiririk. Bu bəyanata görə isə, hazırda Ermənistanın KTMT-dən çıxması məsələsi gündəmdə deyil. Məlum olduğu kimi, Ermənistan gələn il Avrasiya İqtisadi İttifaqına sədrlik edəcək”, - deyə səfir qeyd edib.