Ermənistanda 850-dən çox insan koronavirusa yoluxub

ermenistanda-850-den-cox-insan-koronavirusa-yoluxub
Oxunma sayı: 1129

Son bir gündə Ermənistanda koronavirusa yoluxanların sayı daha 20 nəfər artaraq 853-ə çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi açıqlama yayıb.

Bildirilib ki, xəstəlik səbəbindən 8 nəfər həyatını itirib, 87 pasiyent müalicə olunaraq sağalıb. 758 aktiv koronavirus xəstəsinin isə müalicəsi davam edir.

Qeyd edək ki, Ermənistanda aprelin 14-nə qədər fövqəladə vəziyyət elan olunub.