Ermənistanda hərbçi naməlum şəraitdə öldü

ermenistanda-herbci-namelum-seraitde-oldu
Oxunma sayı: 1794

Ermənistanın N saylı hərbi hissəsinin müqaviləli hərbi qulluqçusu Arşaluys Ovannisyan avqustun 7-də naməlum şəraitdə ölüb.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 46 yaşlı hərbçinin ölümü ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin edilib.