Ermənistanda universitetdə partlayış - 1 ölü, 3 yaralı - Fotolar

ermenistanda-universitetde-partlayis
Oxunma sayı: 2910

İrəvan Dövlət Universitetinin kimya fakültəsinin binasında partlayış, ardınca isə yanğın baş verib.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Səhiyyə Nazirliyinin ilkin məlumatına görə, hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Onların abadlıq xidmətinin işçiləri olduğu bildirilir.

Müəllim-tələbə heyəti binadan təxliyə edilib. Yanğın söndürülüb.