Ermənistandakı Aİ missiyasının mandatı uzadıla bilər

ermenistandaki-ai-missiyasinin-mandati-uzadila-biler
Oxunma sayı: 1212

“Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının mandatı daha 2 il müddətinə uzadıla bilər”.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib. 

Paşinyan ölkəsinin Aİ ilə münasibətlərinin çox fəal olduğunu vurğulayıb.  

Xatırladaq ki, Aİ-nin müşahidə missiyası 2023-cü il fevralın 20-si iki il müddətinə Ermənistanda yerləşdirilib. Missiya ilk olaraq 100 nəfərdən ibarət idi. Həmin ilin dekabrında Aİ missiyanın 209 nəfərə qədər genişləndirildiyini açıqlayıb.