Ermənistanın sülhməramlılarla bağlı təklifi qəbul edilməyib - Paşinyan açıqladı

ermenistanin-sulhmeramlilarla-bagli-teklifi-qebul-edilmeyib
Oxunma sayı: 9022

Ermənistan oktyabrın 31-i Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşündə Qarabağdakı rusiyalı sülhməramlıların mandatının uzadılması barədə təkliflə çıxış edib. 

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib. 

Həmçinin oxuyun: Работающий на Иран Орхан, готовил покушение на израильского миллионера

Onun sözlərinə görə, sözügedən təklif qəbul edilməyib.

Xatırladaq ki, Paşinyan üçtərəfli görüşdən bir neçə gün əvvəl verdiyi açıqlamasında bildirib ki, rusiyalı sülhməramlıların Qarabağdakı mandatının 10-20 il müddətinə uzadılması ilə bağlı Soçidə sənəd imzalamağa hazırdır.