Ermənistanla Fransa hərbi-siyasi məsləhətləşmələr keçirib

ermenistanla-fransa-herbi-siyasi-meslehetlesmeler-kecirib
Oxunma sayı: 1237

Ermənistan və Fransa Müdafiə Nazirliklərinin nümayəndələri Parisdə hərbi-siyasi məsləhətləşmələr aparıb. 

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Müdafiə Nazirliyi yayıb. 

Məlumata görə, məsləhətləşmələr zamanı regional və beynəlxalq təhlükəsizlik, eləcə də iki ölkə arasındakı münasibətlər müzakirə edilib. Bildirilir ki, görüş zamanı bir sıra məsələlər üzrə razılıq əldə olunub.