Əsəd Əsədov vəfat etdi

esed-esedov-vefat-etdi
Oxunma sayı: 5517

Əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü Əsəd Əsədov vəfat edib.

"Qafqazinfo" xəbər verir ki, o, 76 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, 1 mart 1947-ci il Bakıda anadan olan Əsəd Əsədov 100-dən artıq bədii və sənədli filmin, “Mozalan” satirik kinojurnalının 150 – dən çox süjetinin səs operatoru olub. “Firəngiz”, “Onun bəlalı məhəbbəti”, “Bəyin oğurlanması”, “Süd dişinin ağrısı”, “Cin mikrorayonda”, “Təxribat”, “Günlərin bir günü”, “Yaramaz”, “Əlvida, cənub şəhəri”, “Hacı Qara”, “Güllələnmə təxirə salınır”, “Ailə”, “Biz qayıdacağıq”, “Küçələrə su səpmişəm”, “Məhkumlar” və digər filmlərdə hər dəfə rejissorların bütün yaradıcılıq ideyalarını bacarıqla həyata keçirib, səs tərtibatı sənəti və texnikasını əla bilən bir professional olduğunu, parlaq yaradıcılıq istedadını nümayiş etdirib. 

Keçdiyi bu məhsuldar yaradıcılıq yolundakı uğurları layiqincə qiymətləndirilib və 1991-ci ildə “Yaramaz” filminə görə Dövlət Mükafatına, 2003-cü ildə “Ailə” bədii filmindəki işinə görə “Ən yaxşı səs rejissoru” nominasiyasında “Qızıl Çıraq” mükafatına, 2000-ci ildə isə Azərbaycan Prezidentinin Fərmanı ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layıq görülüb. 

Allah rəhmət eləsin!