ETSN-dən meşə gözətçilərinin həbsi ilə bağlı açıqlama

etsn-den-mese-gozetcilerinin-hebsi-ile-bagli-aciqlama
Oxunma sayı: 3229

ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova  Qəbələdə meşə gözətçilərinin həbsi ilə bağlı açıqlama verib.

"Qafqazinfo"nun sorğusuna cavab olaraq qurum rəsmisi qeyd edib ki, meşə gözətçilərinin bu əməli son illər ölkədə  aparılan genişmiqyaslı ekoloji işlərə vurulan zərbədir.  

"Biz meşələrin bərpası və  inkişafı işlərini davam etdirəcəyik  və ağac kəsənlərlə, təbiətin düşmənləri ilə  mübarizəmizi daha sərt edəcəyik", - deyə o, bildirib.