Evi yararsız hala düşən ailə üçün çadır qurdular - Video

evi-yararsiz-hala-dusen-aile-ucun-cadir-qurdular
Oxunma sayı: 2555

Fövqəladə Hallar Nazirliyinə Yevlax rayonu, Hacıselli kənd sakini Qurbanov İlqar Kazım oğluna məxsus evin yararsız vəziyyətə düşməsi ilə əlaqədar ailənin yaşayış yerinin olmaması barədə məlumat daxil olub.

“Qafqazinfo” xəbər verir ki, bununla əlaqədar FHN-in Aran Regional Mərkəzinin əməkdaşları tərəfindən Hacıselli kənd sakini İ.Qurbanov üçün müvəqqəti yaşayış məqsədilə çadır ev qurularaq vətəndaşa təhvil verilib.