Əvvəl Tarkanı söydü, sonra üzr istədi - Video

evvel-tarkani-soydu-sonra-uzr-istedi
Oxunma sayı: 3227

Türkiyənin iki məşhur müğənnisi Serdar Ortaç və Tarkan arasında qalmaqal yaşanıb. 

“Qafqazinfo” “Haber Türk”ə istinadən xəbər verir ki, “TikTok” hesabında canlı yayım açaraq Tarkanı söyən Ortaç ondan üzr istəyib.

Ortaç baş verənlərlə bağlı açıqlama verərək heç nə xatırlamadığını bildirib:

“Heç nə xatırlamıram, yeni oyandım. Dərmanların üstündən çoxlu spirtli içki içmişəm. Hamı deyir ki, sən nə etmisən? Baxıb özümü yormaq istəmirəm. Tarkandan üzr istəyirəm, inşallah məni bağışlayar”.

Qeyd edək ki, Serdar Ortaçın hadisədən sonra “TikTok” hesabı həmişəlik bağlanıb.