Əziz Əzizov şəhid qardaşının toyunda - Fotolar

eziz-ezizov-sehid-qardasinin-toyunda
Oxunma sayı: 3126

Martın 3-də Vətən müharibəsinin şəhidi Sərdar İsmayılovun qardaşı Həmid İsmayılovun toy məclisi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, məclisdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov iştirak ediblər.

Hər zaman şəhid ailələrinə dəstək olan RİH başçısı Əziz Əzizov yeni qurulan ailəyə həyatlarında xoşbəxtlik, ailə səadəti arzulayaraq ölkəmizdə şəhid ailələrinin, müharibə veteranlarının və əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin operativ həll olunması istiqamətində Prezident İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırıq və göstərişləri ilə lazimi və məqsədyönlü tədbirlər həyata keçirildiyini, şəhidlərə, onların ailə üzvlərinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini qeyd edib.

Qeyd edək ki, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla savaşan və Qaraxanbəyli kəndi istiqamətində ağır yaralanan İsmayılov Sərdar Sərvər oğlu oktyabrın 4-ü şəhidlik zirvəsinə ucalır. O, ölümündən sonra Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.