“Facebook”da hamı bu məktəbdən danışır...

“Facebook”da hamı bu məktəbdən danışır...
Oxunma sayı: 4665

Lənkəran rayonunun Veravul kəndində yerləşən 2 saylı orta məktəbin tədris binası acınacaqlı vəziyyətdədir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb. Bildirilib ki, məktəb vaxtilə ferma üçün tikilib və hazırda tam yararsız haldadır.  Belə ki, döşəmə çürüyüb, divarlar çatlayıb, tavan çökür.

55 ildir ki, bu vəziyyətdə tədris üçün istifadə olunan binanın sonuncu dəfə sovet dövründə qapı və pəncərələrinə, döşəmə və divarlarana boya vurulub.  Hazırda məktəbdə 320 şagird, 40-dan çox müəllim qeydiyyatdadır.

Təhsil Nazirliyindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində sözügedən məktəbin tikintisi nəzərdə tutulub və bu məsələyə növbəti illərin dövlət investisiya proqramında baxılacaq.

Günel Hacı



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi