Xırdalanda 13-cü mərtəbədən yıxılan oğlan sağ qaldı - Yenilənib

xirdalanda-13-cu-mertebeden-yixilan-oglan-sag-qaldi
Oxunma sayı: 1995

Gecə saatlarında Xırdalanda 22 yaşlı oğlan binadan yıxılıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Xırdalandakı “Kristal Abşeron” kompleksində baş verib. Saat 02 radələrində 2004-cü il təvəllüdlü Nihad Yunus oğlu Vəliyev yaşadığı 16 mərtəbəli binanın 13-cü mərtəbəsinin eyvanından yıxılıb.

O, ağır xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 02:13 radələrində mərkəzə Xırdalan şəhəri, Kristal Abşeron 1, bina 20-dən çağırış qeydə alınıb: “Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. 

Briqada tərəfindən 2004-cü il təvəllüdlü şəxs (kişi) müştərək travma diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub”.

***

Kliniki Tibbi Mərkəzdən saytımıza verilən məlumata əsasən, bu gün 2004-cü il təvəllüdlü şəxs (kişi) bədənin müştərək travması səbəbilə mərkəzin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: “Müayinə zamanı çanaq sümüyünün sınığı və diafraqmanın cırılması diaqnozları təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.

Hazırda müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir”.