Faktiki hava açıqlandı

faktiki-hava-aciqlandi
Oxunma sayı: 3084

Milli Hidrometeorologiya Xidmətinin iyulun 13-ü saat 19:00-a olan məlumatına əsasən, Daşkəsən, Naxçıvan, Balakən, Qusarda şimşək çaxıb, Göygöl, Gəncə, Şəmkir, Ağstafa, Qrız, Şahdağ, Xınalıqda şimşək çaxıb, yağış yağıb. 

"Qafqazinfo" xəbər verir ki, Yuxarı-Ağcakənd ərazisində  saat 16:45-17:25 radələrində leysan  xarakterli yağış yağıb, Görançaydan  sel keçib.

Qərb bölgəsində dağlıq rayonlara yağan leysan yağış nəticəsində Şəmkir  Mansırlıdan təxminən 2 km aşagıda saat 13:40 radələrində sel hadisəsi baş verib. 

Əsrikçay Ədrikçırdaxamda isə saat 15:36 radələrində sel hadisəsi yaranıb.