Fateh Sultan Mehmetin ən qədim portreti bu qiymətə hərraca çıxarılacaq

fateh-sultan-mehmetin-en-qedim-portreti-bu-qiymete-herraca-cixarilacaq
Oxunma sayı: 2813

Fateh Sultan Mehmetin şahzadəlik dövrünə aid olan medalyon üzərində həkk olunmuş portreti İngiltərədəki Bonhams Hərrac Evi tərəfindən 82 milyon lirəyə hərraca çıxarılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sputnik- Türkiye” məlumat yayıb.

Açıqlamada, tunc üzərində həkk olunmuş portretin müsəlman liderin ən qədim portreti olduğu bildirilib:

“Medalyonun talisman kimi taxıldığı güman edilir”.

O da vurğulanıb ki, medalyonu hazırlayan rəssamın heç bir imzası, izi yoxdur.

Qeyd edək ki, bürünc medalyon mayın 21-də hərraca çıxarılacaq.