Favoritlər qələbə qazandı

favoritler-qelebe-qazandi
Oxunma sayı: 1720

Ötən gün Azərbaycan Basketbol Liqasında (ABL) 6-cı turun üç oyunu baş tutub.

“Qafqazinfo” xəbər verir ki, oyunlar Gəncə və Sumqayıt Olimpiya İdman Komplekslərində keçirilib.

Oyunlarda aşağıdakı hesablar qeydə alınıb:

"Gəncə" - "Neftçi" (80-85)

Ən məhsuldar basketbolçular: "Gəncə" (Culs Mur - 22 xal, 8 ribaund), "Neftçi" ( Toraje Breyk - 21 xal, 4 asist)

"Sərhədçi" - "NTD-İNDİQO" (89-97)

Ən məhsuldar basketbolçular: "Sərhədçi" (Cəbrayıl Əkbərov - 21 xal, 4 ribaund), "NTD-İNDİQO" (Brendon Yanqer - 17 xal, 11 ribaund)

"Sabah" - "Cəlilabad" (107-89)

Ən məhsuldar basketbolçular: "Sabah" (Endar Poladxanlı - 25 xal, 4 asist), "Cəlilabad" (Camani Pirs - 19 xal, 3 ribaund)