Fazil Mustafa əlillik almaq üçün müraciət edib - Video

fazil-mustafa-elillik-almaq-ucun-muraciet-edib
Oxunma sayı: 8320

Bir müddət əvvəl terror hücumuna məruz qalaraq yaralanan Milli Məclisin deputatı Fazil Mustafa əlillik dərəcəsi almaq üçün müraciət etdiyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, deputat bu barədə TV Müsavat-ın efirində yayımlanan “Canlı Debat” verilişinin qonağı olarkən danışıb.

Deputat əlillik almaq üçün müraciət etdiyini, hələlik hər hansı yenilik olmadığını bildirib.

F.Mustafa qeyd edib ki, bu məsələ (red-terrorara məruz qalması) 3-5 gün televiziyada müzakirə aparmaqla yekunlaşdı, amma bu, yanlış idi:

“Bu, sabah Azərbaycanda irəliyə gedən proses olacaq. Onda hamı ilk mənbəyə qayıdacaq ki, biz harada səhv etdik, boşluq buraxdıq. Bunu təkcə polisin əziyyətinə, onun öhdəsinə buraxmaq olmaz, ununla cəmiyyət olaraq mübarizə aparmalıyıq”.

Ətraflı videoda: