“Federasiya istefa verməlidir, belə çirkin futbol olmaz”

federasiya-istefa-vermelidir-bele-cirkin-futbol-olmaz
Oxunma sayı: 4026

“Lənət olsun, görün türk futbolu nə gündədir. Belə biabırçılıq yoxdur”. “Qafqazinfo” xəbər verir ki, bu sözləri “Antalyaspor” un prezidenti Sinan Boztəpə ötən gün Türkiyə Superliqasının XXVII-ci turunda “Qalatasaray” la keçirilən matçdan sonra deyib.

Klub prezidenti matç zamanı hakimin haqsız qərarlarından danışıb: “16 nəfərə qarşı böyük mübarizə oldu. “Antalyaspor” 42 min azarkeşlə “Qalatasaray”ı öz meydanında küncə sıxışdırmışdı. Amma belə cəfəngiyyatlar ola bilməz, çünki penalti yox idi, rəqib qolu oyundan kənar vəziyyətdən vurdu. Belə çirkin futbol olmaz. Biz daha heç kimin oyununa qatılmaq istəmirik. Federasiya da istefa verməlidir. Bu işi düzgün görə bilən, haqsızlıq etməyən insanlar gəlsin. Mən buradan bütün klub prezidentlərinə səslənirəm. Onların əleyhinə qərar çıxarılanda hay-küy salan, xeyrinə qərar çıxarılanda isə heç kimin hüququnu müdafiə etməyən prezidentlərə səslənirəm ki, bu gün gəlin haqqımızı tələb edək. Yediyimiz kartlara baxın. “Qalatasaray” isə 1 vərəqə də almadı”.

“Antalyaspor”un baş məşqçisi Sergen Yalçın da oyun haqqında sərt açıqlamalar edib. O bildirib ki, VAR sistemi bu cür haqsız qərarlar verəcəksə, heç istifadə edilməsin: “Bu qədər zəhmət, bu qədər mübarizə... Türk futbolu üçün ayıbdır. Bunu meydanda etməyin, olanlar səhv deyil. Onsuz da “Qalatasaray” bizi məğlub edə bilərdi, amma bu cür olmamalıydı”.

Qeyd edək ki, “Antalyaspor” səfərdə “Qalatasaray”a 2:1 hesabı ilə uduzub.