Ferdi Tayfurun mahnıları ilə bağlı - Vəsiyyəti

ferdi-tayfurun-mahnilari-ile-bagli
Oxunma sayı: 6313

Ötən gün vəfat edən türkiyəli müğənni Ferdi Tayfurun vəsiyyəti üzə çıxıb.

“Qafqazinfo” xəbər verir ki, sənətçi son illərdə verdiyi müsahibədə mahnılarının müəllif hüquqları ilə bağlı bu sözləri deyib:

“Həyatda olduğum zaman da, öldükdən sonra da mahnılarımı hər kəs ödəniş etmədən dinləyə bilsin.

Çünki o mahnıları mənim uşaqlarım və ya mirasçılarım yazmayıb. O mahnıları mən yazdım ki, xalq eşitsin, insanlar faydalansın deyə yazdım”.

Qeyd edək ki, müğənni dünən Antalyada müalicə aldığı xəstəxanada dünyasını dəyişib.