FHN-in polkovnik-leytenantı qəfil vəfat etdi - Foto

fhn-in-polkovnik-leytenanti-qefil-vefat-etdi
Oxunma sayı: 3704

Bu gün Bakıda Fövqəladə Hallar Nazirliyinin zabiti qəfil vəfat edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, nazirliyin Bakı Regional Mərkəzinin növbətçi hissəsinin rəisi polkovnik-leytenant Rəşad Namiq oğlu Həsənovun işdən kənar vaxt səhhəti qəfil pisləşib.

O, dərhal mərkəzin tibb məntəqəsinə çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

18 ildir FHN-də xidmət edən R.Həsənovun cənazəsi dəfn olunmaq üçün Qusar rayonuna aparılıb.

Aslan Vəliyev