Fiziki məhdudiyyətli şəxsin bıçaqladığı qadın öldü

fiziki-mehdudiyyetli-sexsin-bicaqladigi-qadin-oldu
Oxunma sayı: 1976

Beyləqanda fiziki məhdudiyyətli şəxsin bıçaqladığı 48 yaşlı qadın ölüb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə ötən gün rayonun Bolsulu kəndində qeydə alınıb.

Kənd sakini Həsənova Bəsti Muxtar qızı mübahisə zəminində bıçaqlanıb və Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardımdan sonra B.Həsənova Sabunçu Tibb Mərkəzinə göndərilərkən yolda ölüb.

Baş vermiş hadisə ilə bağlı onun həmkəndlisi 23 yaşlı Amil Ağayev saxlanılıb. Onun fiziki məhdudiyyətli olduğu bildirilir.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Ziya Əmirxanlı