Fransa finalda - Fotolar

fransa-finalda
Oxunma sayı: 5914

Bu gün Avropa Çempionatında yarımfinal mərhələsinin növbəti görüşü keçirilir. 

Qafqazinfo” xəbər verir ki, turnirin ev sahibi Fransa son dünya çempionu Almaniya ilə qarşılaşır.

Bu maraqlı qarşılaşma Bakı vaxtilə saat 23:00-da start götürdü.

Avropa Çempionatı

7 iyul

Yarımfinal

23:00. Fransa – Almaniya

***

 Oyunun birinci hissəsinin son dəqiqəsində hakim Almaniyanın qapısına penalti qərarı verir. Antoine Griezmann penaltini dəqiq yerinə yetirir və Fransa fasiləyə 1:0 üstünlüyü ilə gedir.

***

İkinci hissə başladı.

***

Antoine Griezmann oyunun 72-ci dəqiqəsində Fransanın 2-ci qolunu vurur. Fransa 2:0 öndədir.

***

Oyun başa çatdı. Fransa finaldadır.