Fransa İsraildəki vətəndaşlarını sığınacaqlara yaxın olmağa səslədi

fransa-israildeki-vetendaslarini-siginacaqlara-yaxin-olmaga-sesledi
Oxunma sayı: 1825

Fransa İsraildəki vətəndaşlarını sığınacaqlara yaxın olmağa çağırıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Fransanın İsraildəki səfirliyinin “X” hesabında paylaşım edilib.

Mesajda İranın İsrailə hava hücumunun davam etdiyi və İsraildəki fransızlardan sığınacaqlara yaxın olmalarının istənilib.

İsrailin “Ben Gurion” hava limanının Tel-Əviv vaxtı ilə 01.00-07.00 arasında bağlandığı və 48 saat ərzində uçuşu olan vətəndaşlara səyahətləri ilə bağlı məlumat almaq üçün hava yolları ilə əlaqə saxlamaları tövsiyə edilib.