Fransanın Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını İrana səfər etməməyə çağırıb.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı nazirliyin “X” hesabında çağırış edilib.
Məlumatın İranın İsrail, Fələstin və Livanda törədə biləcəyi hər hansısa təhlükəli hadisələrlə əlaqəli olduğu qeyd olunub.
Vətəndaşlardan adıçəkilən digər ölkələrə də getməmək xahiş olunub.
Bəyanatda, həmçinin İrandakı fransız diplomatların ailə üzvlərinin Parisə qayıdacağı vurğulanıb.
Fransanın dövlət strukturlarında işləyən şəxslərin də həmin ölkələrə səfərləri qadağan edilib.